Silahlı Qüvvələr Günü münasibəti ilə ön cəbhədə konsert proqramı təşkil olunub. Göygöl rayonunda yerləşən Murov dağı istiqamətində hərbi hissədə baş tutan konsertdə Gəncə Qarnizonu Zabitlər Evi tərəfindən hazırlanan musiqi proqramı maraqla qarşılanıb.SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, xalq artisti Azərin və əməkdar artist İlqar Muradovun vətənpərvər mahnıları, musiqi nömrələri əsgərlərin alqışları ilə müşayiət olunub. "Vətən uğrunda" hərbi-vətənpərvərlik mahnıları müsabiqəsinin finalçılarının ifaları da şəxsi heyətdə ruh yüksəkliyi yaradıb. Əsgərlər mahnı sədaları altında rəqs ediblər. Daha sonra Gəncə Qarnizonu Zabitər Evinin azyaşlılardan ibarət incəsənət kollektivləri rəqs nömrələri ilə çıxış ediblər. Kiçik rəqqasların çıxışları da hərbi qulluqçuların alqışları ilə müşayiət olunub.
İlham Məmmədzadə
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB