15 mln. 378 min 630 manat ipoteka krediti verilib

FOTOLAR
15 mln. 378 min 630 manat ipoteka krediti verilib

Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditinin məbləği 2015-ci ilin I rübündə 15 mln. 378 min 630 manat təşkil edib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Gəncə şəhərinə 594 olmaqla, ümumilikdə qərb bölgəsinin 11 şəhər və rayonu üzrə 671 ipoteka verilib. Həmçinin ipoteka krediti verilişi ötən ilin müvafiq dövrü ilə müqayisədə az olub.

Qeyd edək ki, əhalinin ipotekaya əlçatanlığını təmin etmək, mövcud şərtlərin yumşaldılması üçün Nazirlər Kabineti Mərkəzi Bank və Maliyyə Nazirliyinə konkret təkliflərini hazırlamağı tapşırıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə