Yeni mikroavtobuslar alınacaq

Əhalinin mənzil başına rahat çatmasını təmin etmək üçün Daşkəsən rayon avtovağzalına 20 ədəd yeni mikroavtobuslar alınacaq. Həmçinin rayonun daxilində 2 yeni marşrut xətti də açılıb. Ötən ilin oktyabr ayında ölkə başçısı İlham Əliyevin açılışını etdiyi avtovağzal bu gün tam gücü ilə fəaliyyət göstərir. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, ümumi sahəsi 50 sot olan avtovağzalda sərnişinlərin gözləmə zalı, ana-uşaq otağı var. Gün ərzində avtovağzaldan Daşkasən-Bakı və Daşkəsən-Gəncə daxil olmaqla 11 marşrut xətti üzrə müxtəlif istiqamətlərə mikroavtobuslar hərəkət edir. Tezliklə Lənkəran, Mingəçevir, Qazax, Gədəbəy, Xoşbulaq və Qabaqtəpə istiqamətlərinə də yeni xəttlər açılacaq. Bundan başqa, avtovağzala 5 "Mercedes" markalı yeni mikroavtobuslar gətirilib və bu işlər davamlı olacaq.

Bildirək ki, gün ərzində Daşkəsən avtovağzalından 400-ə yaxın sərnişin istifadə edir. Yeni açılacaq marşrut xəttlərindən sonra bu rəqəm artacaq.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə