Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunur ki, bu il iyunun 30-da saat 23:59:59-da dünya saatının 1 saniyə irəli çəkilməsinə qərar verilib.
Yer Kürəsinin Fırlanmasını Tədqiq edən Beynəlxalq Xidmət tərəfindən atılan bu addımın məqsədi Yer kürəsinin öz oxu ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom saatı arasında vaxt hesablanması ilə bağlı ortaya çıxan ziddiyyətləri aradan qaldırmaqdır. Dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması məsələsi də qaçılmazdır. Belə ki, 2012-ci ildə dünya saatına edilən oxşar dəyişikliklər nəticəsində bir sıra məşhur veb-saytlarda nasazlıqlar və boşluqlar yaranıb.
Kompyuterdə vaxt tənzimləməsini həyata keçirən NTP protokolu öz vaxt ayarlarını atom saatına əsasən tənzimləyir. Nəticədə, vaxtın 1 saniyə irəli çəkilməsini kompyuter qurğuları sistemdə səhvlik kimi başa düşüb öz fəaliyyətini dayandıra bilər. Bununla bağlı, mütəxəssislər əməliyyat sistemlərini təmin etmək məqsədi ilə iyunun 30-da saat 23:58-də 5 dəqiqəlik kompyuterləri söndürməyi tövsiyə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB