İyunun 24-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Milli Olimpiya Komitəsinin (MOK) birgə elan etdikləri "I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
MOK-un inzibati binasında təşkil onunan tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, MOK-un baş katibi, Milli Məclisin deputatı Ağacan Abıyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ölkənin 40-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, idman ictimaiyyətinin nümayəndələri, habelə qalib jurnalistlər iştirak ediblər.
"Lider" televiziyasının "Zəfər günləri" telelayihəsi çərçivəsində canlı yayımlanan tədbirdə əvvəlcə Azərbaycan idmançılarının I Avropa Oyunlarında əldə etdikləri nailiyyətlərdən söhbət açılıb. Eyni zamanda, bu oyunların mahiyyətinin ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Milli Olimpiya Komitəsinin birgə keçirdiyi müsabiqənin müstəsna əhəmiyyəti qeyd olunub.
Daha sonra müsabiqənin nəticələri barədə məlumat vermək üçün söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor qonaqları salamlayaraq Azərbaycanın bu günlərdə böyük bayram sevinci yaşadığını, idmançılarımızın qazandıqları parlaq qələbələrin hər bir azərbaycanlı üçün qürurverici olduğunu diqqətə çatdırıb. I Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini xüsusi vurğulayan Vüqar Səfərli bu mötəbər idman tədbirinin yerli və beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından kütləvi informasiya vasitələrinin üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıb.
İcraçı direktor, həmçinin bildirib ki, Fondun və MOK-un birgə təşkilatçılığı ilə keçirilmiş fərdi jurnalist yazılarının başlıca məqsədi ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edən I Avropa Oyunlarının əsl mahiyyətinin ölkə ictimaiyyətinə çatdırılması, bununla bağlı jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılması, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması olub.
Vüqar Səfərli 2015-ci il aprelin 8-dən mayın 15-dək davam edən müsabiqəyə 34 kütləvi informasiya vasitəsindən 52 yazının təqdim edildiyini, yazıların 3 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. İcraçı direktor müsabiqənin yekun nəticələrinə görə 6 nəfərin əsas, 10 nəfərin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfərin mükafatlandırılması barədə qərar qəbul olunduğunu qeyd edib. Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibinə 700, ikinci yerin qaliblərinə 500, üçüncü yerin qaliblərinə 300 manat, həvəsləndirici yerlər üçün 200 manat məbləğində mükafatın veriləcəyi bildirilib.
MOK-un baş katibi, Milli Məclisin deputatı Ağacan Abıyev I Avropa Oyunları ilə bağlı operativ məlumatların hazırlanması və yayılmasında Azərbaycan jurnalistlərinin zəhmətini yüksək dəyərləndirərək KİV nümayəndələrinə təşəkkürünü bildirib. Fondun MOK-la keçirdiyi müsabiqənin əhəmiyyətinə toxunan Acağan Abıyev bunun ilk Avropa Oyunlarına sanballı töhfə olduğunu qeyd edib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ilk Avropa Oyunlarının ölkəmiz üçün böyük siyasi əhəmiyyətə malik idman hadisəsi olduğunu vurğulamaqla yanaşı, rəsmi Bakının təşkilatçılığının beynəlxalq miqyasda rəğbətlə qarşılandığını vurğulayıb. Müsabiqənin qaliblərini təbrik edən İsmayıl İsmayılov Fondun uğurlu layihələri sayəsində medianın MOK-la əlaqələrinin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan idmançılarının uğurlu çıxışlarının gənclərin idmana marağının daha da artırılması, idmanın kütləviləşməsi, insanlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından əhəmiyyətini diqqətə çəkib. Müsabiqənin qalibi olmuş jurnalistləri təbrik edən Əflatun Amaşov onlara yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxışlardan sonra müsabiqənin qaliblərinə diplomlar, pul mükafatları və MOK-un xüsusi hədiyyələri təqdim edilib.
"I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti"
|
№ |
Yerlər |
Müəllifin adı |
Müəllifin işlədiyi KİV |
Orta bal |
|
1. |
I YER |
Həsənov Vaqif Cəlil oğlu |
"Bakı-Xəbər" qəzetinin müxbiri |
22 |
|
2. |
II YER |
Ağayev Mirsəid Mirəflan oğlu
|
"Futbol+qol" qəzetinin müxbiri |
20 |
|
3. |
II YER |
Abdullayev Hürrü Hüseynalı oğlu
|
"Olimpiya dünyası" qəzetinin məsul katibi |
20 |
|
4. |
III YER |
Nəcəfov Qəşəm Mirzə oğlu |
"Azərbaycan" jurnalı və www.azyb.net saytı |
19.3 |
|
5. |
III YER |
Musayeva Zeynəb Əli qızı
|
"Kaspi" qəzetinin müxbiri
|
19 |
|
6. |
III YER |
Nəsirli Akif Sovet oğlu |
"Paralel" qəzetinin redaktoru
|
19 |
|
7. |
Həvəsləndirici mükafat |
Cəfərov Natiq Nəriman oğlu |
"Kür" qəzetinin müxbiri (Yevlax) |
18.6 |
|
8. |
Həvəsləndirici mükafat |
Aslanov Elgün Vidadi oğlu |
"Səs" İnformasiya Agentliyinin redaktoru |
18.6 |
|
9. |
Həvəsləndirici mükafat |
Rəhimov Təbriz Kamal oğlu |
"Həftə içi" qəzetinin redaktoru |
18.3 |
|
10. |
Həvəsləndirici mükafat |
Sultan Rüfət Nadir oğlu |
"Mövqe" qəzetinin müxbiri
|
18 |
|
11. |
Həvəsləndirici mükafat |
Qocayev İsmayıl Arif oğlu |
"Şərq" qəzetinin müxbiri |
17.6 |
|
12. |
Həvəsləndirici mükafat |
İbrahimov Əli Zülfüqar oğlu |
"Xalq Cəbhəsi" qəzetinin müxbiri |
17.6 |
|
13. |
Həvəsləndirici mükafat |
Məmmədli Rövşən Ulduz oğlu |
"Ekspress" qəzetinin müxbiri |
17.3 |
|
14. |
Həvəsləndirici mükafat |
Allahyarov Mahir Cəlal oğlu |
"Dönüş" qəzetinin baş redaktoru (Saatlı rayonu) |
17.3 |
|
15. |
Həvəsləndirici mükafat |
Məmmədova Jalə Səxavət qızı |
"Lent.az" İA-nin müxbiri |
17.3 |
|
16. |
Həvəsləndirici mükafat |
İbrahimova Vüsalə İlyas qızı |
"The Business Times" qəzetinin müxbiri |
17 |
|
17. |
|
Quliyeva Zəkurə Qüdrət qızı |
"Qarabağ" qəzetinin müxbiri |
16.6 |
|
18. |
|
İsmayılov Rufik Asif oğlu |
"Kaspi" qəzetinin müxbiri |
16.6 |
|
19. |
|
Sarıyeva İradə Murad qızı |
"Bakı-Xəbər" qəzetinin müxbiri |
16.6 |
|
20. |
|
Abdullayev Ayyət Əhməd oğlu |
"Şərq" qəzetinin müxbiri |
16.3 |
|
21. |
|
Bayramova Şəymən Elxan qızı |
"Şərq" qəzetinin müxbiri |
16.3 |
|
22. |
|
Abasov Ceyhun Abas oğlu |
"525-ci qəzet"in müxbiri |
16.3 |
|
23. |
|
Bayramov Mübariz Ramiz oğlu |
"Mövqe" qəzetinin müxbiri |
16.3 |
|
24. |
|
Vəliyev Fariz Əhməd oğlu |
"Mövqe" qəzetinin müxbiri |
16 |
|
25. |
|
Hüseynli Alim Ziyadxan oğlu |
"Həftə içi" qəzetinin redaktoru |
16 |
|
26. |
|
Əliyeva Fidan Məzahir qızı |
"Azadinform" Müstəqil İnformasiya Agentliyinin müxbiri |
15.6 |
|
27. |
|
Hakıyeva Səadət Zifi qızı |
"Olimpiya dünyası" qəzetinin şöbəmüdiri |
15.6 |
|
28. |
|
Əhmədov Anar Məsub oğlu |
"Olimpiya dünyası" qəzetinin şöbə müdiri |
15.6 |
|
29. |
|
Şahməmmədov Murad Məmmədşah oğlu |
"Oxu məni" qəzetinin müxbiri |
15.3 |
|
30. |
|
Quliyev Namiq Abbasqulu oğlu |
"Bakı-Xəbər" qəzetinin müxbiri |
15.3 |
|
31. |
|
Səfərova Samirə Məmmədhənifə qızı |
"Bakı-Xəbər" qəzetinin baş redaktor müavini |
15.3 |
|
32. |
|
Həsənov İsgəndər Aqil oğlu |
"525-ci qəzet"in redaktoru |
15 |
|
33. |
|
Bayramov Nardar Məmməd oğlu |
"Yeni Azərbaycan" qəzetinin müxbiri |
14.6 |
|
34. |
|
Qələndərov Nurlan Vəli oğlu |
"Yeni Azərbaycan" qəzetinin müxbiri |
14.6 |
|
35. |
|
Abbasov Tahir Heydər oğlu |
"Mədəniyyət" qəzetinin müxbiri |
14.3 |
|
36 |
|
İsmayılbəyli Süleyman Nəbi oğlu |
"Olaylar" qəzetinin müxbiri |
14.3 |
|
37 |
|
Cavadzadə Nərgiz Ehlam qızı |
"Gündəlik Teleqraf" qəzetinin müxbiri |
14.3 |
|
38 |
|
Cəfərov Vasif Məmməd oğlu |
"Ekspress" qəzetinin müxbiri |
14.3 |
|
39 |
|
Abbaslı Tahir Tapdıq oğlu |
"Paralel" qəzetinin şöbə müdiri |
14 |
|
40 |
|
Abbaszadə Mahir Tapdıq oğlu |
"Paralel" qəzetinin müxbiri |
14 |
|
41 |
|
Məmmədova Sevinc Hafis qızı |
"İki Sahil" qəzetinin müxbiri |
13.6 |
|
42 |
|
Cəfərov İbrahim Elçin oğlu |
Futbolxeber.az saytının baş redaktoru |
13.6 |
|
43 |
|
Yusifov Ramiz Ənvər oğlu |
"Respublika" qəzetinin müxbiri |
13.6 |
|
44 |
|
Süleymanov Qurban Süleyman oğlu |
"İqtisadiyyat və həyat" jurnalının şöbə redaktoru |
13.3 |
|
45 |
|
Sultanova Aysel Yaşar qızı |
"Olimpə doğru" jurnalının icraçı direktorunun müavini |
13.3 |
|
46 |
|
Musayev Sərxan Tofiq oğlu |
"Futbol+" qəzetinin müxbiri |
13.3 |
|
47 |
|
Hüseynzadə Fuad Abı oğlu |
"Palitra" qəzetinin müxbiri |
13 |
|
48 |
|
Ədilzadə Ədil Tahir oğlu |
"Ədalət" qəzetinin şöbə müdiri |
13 |
|
49 |
|
Bayramlı Elçin Bayram oğlu |
Sada İnformasiya Agentliyinin müxbiri |
13 |
|
50 |
|
Rəhimov Qalib Arif oğlu |
"Polis" qəzetinin baş redaktoru |
12.6 |
|
51 |
|
Əliyev Azad Akif oğlu |
"Həftə içi" qəzetinin müxbiri |
12 |
|
52 |
|
Hüseynova Pərvanə Rafiq qızı |
"The Business Times" qəzetinin müxbiri |
12 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB