“Aqrolizinq”-ə100-ə yaxın fermer təsərrüfatı müraciət edib FOTOLAR

“Aqrolizinq”-ə100-ə yaxın fermer təsərrüfatı müraciət edib FOTOLAR

"Aqrolizinq" ASC-nin Gəncə Regional Təchizat Bazasının tabeliyində olan Samux və Göygöl rayonları ərazisində ümumlikdə 15 min hektar arpa və taxılın biçilməsi nəzərdə tutulur. Məhsulun vaxtında və itkisiz yığılması üçün biçin işləri növbəlilik üzrə aparılır. SİA-nın bölgə müxbiri xəbər verir ki, praqnozlara görə, bu il ərazidən 1 hektardan 25-30 sentner məhsul əldə ediləcək. Hazırda qurumun 18 kombaynından 6-ı Samuxda, 12-i isə Göygöl rayonunda olmaqla təsərrüfatlarda biçin işlərində istifadə edilir. Hər iki rayonda işlər yekunlaşdıqdan sonra texnikalar dağlıq rayonlarda biçinə cəlb olunacaqlar.

Qeyd edək ki, "Aqrolizinq" ASC tərəfindən göstərilən servis xidmətlərinin tariflərinə əsasən, fermer təsərrüfatları 1 hektar sahədə biçinə görə 27 manat pul ödəyirlər.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə