Sanitar-gigiyenik qaydalara əməl edilmədiyi üçün Şəmkirdə bir neçə ictimai iaşə obyektinin fəaliyyəti dayandırılıb. Həmçinin rayonda dönər satışı ilə məşğul olan bir neçə şəxs isə müvafiq qaydada cərimə olunub. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, yay mövsümü ilə əlaqədər Şəmkir Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri 12 ictimai iaşə obyektində yoxlama aparıblar. Sanitar-gigiyenik tələblərə cavab verməyən 8 obyektin sahibinə qarşı inzibati tənbeh tədbiri görülüb. Bəzi obyektlərdə isə eyni hal bir neçə dəfə təkrarlandığından onların fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin müvafiq göstərişinə əsasən Şəmkirdə də quş ətindən hazırlanan dönərin satışına məhdudiyyətlər tətbiq olunur. Artıq bununla bağlı bir neçə sahibkara ilkin xəbərdarlıq da edilib. Ancaq dönər satışı ilə məşğul olan bəzi şəxslər bu göstərişə məhəl qoymadığından, onların cərimə edilməsi qaçılmazdır.
Xəbərdə bildirilir ki, qanunsuz dönər satışı ilə məşğul olan fiziki şəxslər ilkin xəbərdarlıqdan sonra 50-100, hüquqi şəxslər isə 200-400 manat dəyərində cərimə olunurlar.
Kamran Əskiparalı
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB