SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri "mavi yanacaq"la təmin olunur. SOCAR-dan SİA-ya verilən xəbərə görə, Sabirabad rayonunun kəndlərinin qazlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də bu baxımdan diqqətəlayiqdir.
İyunun 24-də Sabirabadın Kovlar və Qəzli kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. Açılış mərasimlərində rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri iştirak ediblər. Bildirilib ki, 472 abonenti olan Kovlar kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında uzunluğu 35363 metr olan daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 472 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qəzli kəndinin 646 abonentinin qazlaşdırılması üçün də birpilləli sistem əsasında uzunluğu 2874 metr olan müxtəlif diametrli polietilen və uzunluğu 47522 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 646 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri Kovlar və Qəzli kəndlərinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB