Dövlət Sosial Müdafiə Fondunun (DSMF) "Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu" elektron xidməti portal üzərindən istifadəyə verilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu xidmət vasitəsilə dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün DSMF-nin departamentləri, rayon şöbələri, Naxçıvan Muxtar Respublikası DSMF-nin rayon şöbələrinə müraciət edilir.
Fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulan interaktiv növlü e-xidmət ödənişsiz həyata keçirilir.
Sözügedən elektron xidmətin "Elektron hökumət" portalına inteqrasiya olunması ilə portalda təqdim olunan xidmətlərin sayı 421-ə, DSMF-nin portaldakı xidmətlərinin sayı isə 13-ə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB