Azərbaycan gənclərinin böyük bir hissəsini öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi (YAP GB) mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. YAP Gənclər Birliyinin ofisində baş tutan növbəti tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Vətənpərvər gəncliyin yetisməsində ünsiyyətin rolu" adlı layihənin açılışına həsr olunub. YAP GB-dən SİA-a verilən xəbərə görə, tədbirin açılışında dövlət himni oxunub və YAP gəncləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş Qarabağ şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
30-a yaxın gəncin iştirak etdiyi görüşdə çıxış edən layihə rəhbəri Arzu Xəlilova bildirib ki, cəmiyyətimizdə vətənpərvərliyin ünsiyyət vasitəsinə çevrilməsi çox vacib amillərdən biridir: "Vətənpərvər gəncliyin yetişməsində ünsiyyətin rolu" layihəsinin əsas ideyası dövlət siyasətimizin vacib tərkib hissələrindən biri olan gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması istiqamətindəki işlərdə bir qatqımızın olmasıdır. Məhz bu layihə bir daha gəncləri millət,dövlət və yüksək keyfiyyətlər ətrafında sıx birləşdirəcək. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətindəki fəaliyyəti, həyata keçirilən vətənpərvər siyasətin nəticəsi olaraq yetişən Mübariz İbrahimov və Ramil Səfərov kimi qəhrəmanlarımızın həyatı, eləcə də Qarabağ müharibəsində vuruşan Milli Qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolu gənclər arasında təbliğ olunmalıdır. Gənclər və yeniyetmələr maarifləndirilməlidir. Çünki müharibə şəraitində yaşayan respublikamız üçün belə maariflənmə tədbirləri xüsusilə önəmlidir. Bu istiqamətdə təlimlərin keçirilməsi gənclər və yeniyetmələr arasında vətənpərvərlik əhval-ruhiyyəsini daha da artırır. Onlarda ictimai məsuliyyətin daha da güclənməsini təmin edəcək".
Sonda gənclər öz sualları ilə diskussiyanı davam etdiriblər.
Qeyd edək ki, "Vətənpərvər gəncliyin yetisməsində ünsiyyətin rolu" adlı layihənin rəhbəri YAP Gənclər Birliyinin fəal üzvü Arzu Xəlilovadır.
Layihəni uğurla başa vurmuş iştirakçılar sertifikatlarla təltif olunacaqlar.


.jpg)


.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB