Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayonda olan dövlət qulluqçularının iştirakı ilə 23 iyun Dövlət qulluqçularının peşə bayramı günü ilə bağlı ümumrayon tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, dövlət qulluqçuları Ülu öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzdükdən sonra təzə istifadəyə verilmiş İcra Hakimiyyətinin inzibati binasında tədbiri davam etdiriblər.
Ümumrayon tədbirində Daşkəsən RİH-in başçısı Əhəd Abıyev 23 iyun Dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, dövləti fəaliyyətlərində uğurlar arzulayib. Əhəd Abıyev qeyd edib ki, dövlət qulluqçularına dövlətimiz tərəfindən həmişə diqqət və qayğı ilə yanaşılır, onlara yüksək səviyyədə fəaliyyət göstərmələri üçün aidiyyəti üzrə müvafiq qanunvericilik aktları qəbul edilərək hər cür lazımi şərait yaradılır.
Qeyd edilib ki, hazırda rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda 175 nəfər dövlət qulluqçusu çalışır. Dövlət qulluqçuları əsasən öz vəzifələrini layiqincə yerinə yetirir və rayonun bütün ictimai-siyasi həyatında və mədəni-kütləvi tədbirlərində fəal iştirak edirlər.
O, əmin olduğunu nəzərə çatdırıb ki, dövlət qulluqçuları bundan sonra da onlara göstərilən etimadı layiqincə doğruldacaq, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, qarşıda duran bütün vəzifələrin həyata keçirilməsi üçün var qüvvələrini sərf edəcəklər.
Əhəd Abıyev daha sonra vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi "Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilib: "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir".
Rayon İcra Hakimiyyətinin başçısının sözlərinə görə, eyni zamanda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev çağdaş, sivil, demokratik vətəndaş cəmiyyətinin tələblərinə tam cavab verən dövlət idarəçiliyi sisteminin daim inkişaf etdirilməsi üçün dövlət qulluqçularının qarşısında əlavə vəzifələr də qoyub: "Belə ki, hər bir dövlət qulluqçusu dünyada gedən qlobal proseslərdən xəbərdar olmalı, informasiya texnologiyalarını, demokratik idarəçilik metodlarını mənimsəməli, müasir düşüncə sahibi olmalıdır. Fürsətdən istifadə edib, dövlət qulluqçularının peşə bayramı münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, Türkiyədə Azərbaycan bayrağının yüksəklərdə dalğalandırdığıma görə fəxr duyur və iftixar hissi keçirirəm".
Dövlət qulluqçularının peşə bayramı günü ilə bağlı ümumrayon tədbirinin iştirakçıları sonra "N" saylı hərbi hissəyə yola düşüblər.
Hərbi hissədə 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə bayram tədbiri keçirilib. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev tədbirdə əsgərlər qarşısında çıxış edərək onları öz adından və Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin, Korpus komandiri Rövşən Əkbərovun adından əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik etmiş, yaxın vaxtlarda düşmən üzərində qələbə sorağının alınacağını bildirib.
Əhəd Abıyev çıxışında qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin gərgin əməyi və misilsiz xidmətləri nəticəsində müstəqil respublikamızın suverenliyi və ərazi bütövlüyünü düşmən təcavüzündən qorumaq iqtidarında olan, qarşısına qoyulan hər bir tapşırığı yüksək səviyyədə yerinə yetirən qüdrətli ordumuzun yaradılması və inkişaf etdirilməsi ilə suveren Azərbaycan dövlətinin dünyanın siyasi səhnəsində öz yerini almasına zəmin yaradıb.
Ulu öndərin ideyalarını layiqincə yerinə yetirən, ordu quruculuğu sahəsində öz səylərini daha da artıran möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam intizamı, döyüş rühu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu formalaşdırılmasına nail olub.
Biz Azərbaycan ordusu və əsgəri ilə fəxr edirik, qürur duyuruq. Vətəni qorumaq kimi müqəddəs bir vəzifəni layiqincə yerinə yetirmək üçün siz daim öz peşəkarlığınızı artırmalı, bilik səviyyənizi yüksəltməli, döyüş texnikası və silahla davranma və onlardan istifadə qaydalarını dərindən öyrənməlisiniz. Siz hər an bir-birinizə dost-qardaş, arxa-kömək olaraq düşmən üzərində qələbə çalmaq əzmində olmalısınız.
Sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndəsi Mahir Əhmədov çıxış etmiş, əsgər və zabit heyətinə bayram təbriklərini çatdırıb.
Daha sonra Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən göndərilən qiymətli hədiyyələr əsgərlərə təqdim edilib. Bayramda həmçinin hazırda hərbi xidmət keçən əsgər valideynləri çıxış edib, hərbiçilərə təbriklərini çatdırıb, yaradılan yaxşı şəraitə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Tədbir Daşkəsən rayon incəsənət ustalarının torpaq, vətən və Qarabağ haqqında musiqi nömrələri ilə davam etdirilib.





.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB