İyunun 23-də Lənkəranda 23 iyun Dövlət Qulluqçularının peşə bayramı qeyd edilib. SİA-nın Cənub bürosunun məlumatına görə, mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev Xatirə Parkında Ümummill liderin abidəsi önündə toplaşıblar. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov abidə önünə çiçək dəstələri düzüb. Daha sonra müxtəlif sahələr üzrə dövlət qulluğunda çalışan idarə və təşkilat nümayəndələri öz ehtiramlarını bildiriblər.
Lənkəran Şəhər İcra Hakimiyyətində davam etdirilən tədbirdə rayon icra hakimiyyəri başçısı Taleh Qaraşov bildirib ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən "Dövlət qulluğu haqqında" Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub . Hər bir dövlət qulluqçusu bilməlidir ki, dövlət qulluğunda olmaq, əslində dövlətin, cəmiyyətin, insanların xidmətində olmaq deməkdir. İcra başçısı bu günün bayram kimi qeyd olunmasını dövlət başçımız cənab Prezident İlham Əliyevin dövlət qulluqçularına, onların şərəfli əməyinə verdiyi layiqli qiymət kimi qiymətləndirib. Və peşə bayramı münasibətilə dövlət qulluğunda çaılışan bütün insanları təbrik edib.
Mövzu ilə bağlı şəhər icra hakimiyyəti aparatının ərazi idarəetmə şöbəsinin müdiri Əlimərdan Əliyevin məruzəsi dinlənilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb, onun Əsasnaməsi təsdiq edilib. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Lənkəranda da 59 təşkilatda 374 nəfər dövlət qulluqçusu çalışır. Dövlət qulluğunda çalışan insanların sosial təminatını yaxşılaşdırmaq məqsədilə tədbirlər görülür, onların təqaüdləri artırılır, işdə fərqlənən dövlət qulluqçuları mükafatlandırılır, fəxri adlarla təltif olunurlar.
Tədbirin sonunda uzun müddət dövlət qulluğunda çalışan Şirin Əzizovanın "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edildiyi qeyd edilib, daha bir neçə nəfər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Sərraf Mirsəfəroğlu










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB