Göygöldə peşə bayramı qeyd olunub

Göygöldə peşə bayramı qeyd olunub

Göygöl rayonunda dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir iştirakçıları ilk olaraq Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra çıxış edənlər artıq 9 ildir qeyd olunan peşə bayramının əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu müddət ərzində ölkədə dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşməsi ilə bağlı islahatlar aparılıb, inzibati sistemin tənzimlənməsinə dair kifayət qədər qanunlar qəbul olunub, dövlət rəhbəri tərəfindən fərman və sərəncamlar imzalanıb, dövlət qulluğunun normativ hüquqi bazası yaradılıb.

Hazırda Göygöl rayonunda 150-dən çox dövlət qulluqçusu çalışır. Onlardan 4 nəfəri dövlət qulluğunda səmərəli fəaliyyətinə görə orden və medallarla təltif olunub. Bu il isə ölkə preizdentinin sərəncamı ilə daha bir nəfər - Aşıqlı kənd icra nümayədəsi Qubad Əliyev medalla mükafatlandırılıb.

Tədbirin sonunda rayonun ictimai, siyasi və mədəni həyatında fərqlənən şəxslərə fəxri fərmanlar təqdim olunub.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə