Tikinti bazarında durğunluq hökm sürür

FOTOLAR
Tikinti bazarında durğunluq hökm sürür

Gəncənin tikinti bazarlarında inşaat materiallarının qiyməti qənaətbəxş hesab olunur. SİA-nın bölgə müxbirinin xəbərinə görə, burada döşəməlik taxtanın 1 kubunun qiyməti ötən il 240 manata, bu il isə 220-225 manata satılır. Bundan başqa, mişar daşı, kərpic, tavan materialları, müxtəlif ölçülü dəmirlərin də qiymətlərində az da olsa, azalma müşahidə olunur. Həmçinin tikinti bazarında 1 maşın qumun qiyməti 30-35 manat, mişar daşının bir ədədi 75-80 qəpiyə təklif olunur.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə