Goranboy rayonunun Sarov kəndində 240 ailə yaşayır. Burada heç vaxt mavi yanacaq olmayıb. Hazırda bu problemi aradan qaldırmaq üçün kəndə yeni qaz xətti çəkilir. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, işlərə iyunun 15-dən başlanılıb. Kənddə 4 briqada çalışır və diametri 57 mm olan 5 min metr uzunluğunda boru xətti çəkilib. Qaz xətlərinin çəkilməsi bu ayın sonunda yekunlaşacaq. Ardınca mənzillərdə qaz sayğacları quraşdırılacaq. Mavi yanacağın çəkilməsi paralel olaraq rayonun digər 7 kəndində də aparılır. Həmçinin Goranboy rayonunun Baxçakürd, Azad, Dəyirmanlar, Yolğullar, Səmədabad, Əzizbəyov, Qara Musalı kəndlərində qazlaşma işləri aparılır. Yolğullar kəndində 183 ədəd sayğac qurulub bütün daxili qaz xətləri çəkilib, hazırda son tamamlama işləri aparılır. Azad, Dəyirmanlar, Səmədabad kəndlərində kənd daxili qaz xətləri çəkilib, qısa müddətdə sayğac quraşdırma işlərinə başlanılacaq. Qaramusalı kəndi üzrə 20 km-lik daşıyıcı polietilen boru ilə Baxçakürd istiqamətində qaz xətti çəkilir.
Xatırladaq ki, Goranboyun 8 kəndinə qaz xətlərinin çəkilməsi prosesi birpilləli sistem üzrə aparılır. Hər bir mənzildə fərdi tənzimləyici quraşdırılır. Bütün işlər noyabr ayına kimi başa çatdırılacaq.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB