Hüseyn Bağırov qəbul keçirəcək

Hüseyn Bağırov qəbul keçirəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Şamaxıda vətəndaşları qəbul edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyulun 3-ü saat 10-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Şamaxı, Ağsu, Qobustan, Kürdəmir, Göyçay rayonlarında yaşayan vətəndaşlar iştirak edə biləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, həmçinin Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə