Mübariz Qurbanlı qəbul keçirdi

Mübariz Qurbanlı qəbul keçirdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşlarla görüşüb. DQİDK-dən SİA-ya verilən məlumata görə, komitə sədrinə edilən müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.

Komitənin sədri Mübariz Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Görüş zamanı müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə