Tovuzda çəyirtkələrə qarşı mübarizə

FOTOLAR
Tovuzda çəyirtkələrə qarşı mübarizə

Məhsul yığımı ərəfəsində taxıl, ot və digər bitkilərə zərər vuran ziyanvericilərdən biri də çəyirtkələrdir. Buna qarşı Tovuzda kimyəvi mübarizə tədbirlərinə başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, rayon ərazisində ümumilikdə 400 hektardan çox sahədə dərmanlama işi aparılıb. Məqsəd zərərvericilərin taxıl və otlaq sahələrinə, həmçinin meyvə bağlarına və digər yaşıllıqlara vura biləcəyi ziyanın qarşısını vaxtında almaqdır. Xəbərdə həmçinin çəyirtkələrin regiona əsasən Ermənistan və Gürcüstan ərazisindən miqrasiya etdiyi bildirilir. Dərmanlama tədbirləri Tovuz rayon Bitki Mühafizəsi Mərkəzinin və Bitki Karantini Məntəqəsinin əməkdaşları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, hazırda rayon ərazisində bu zərərvericilərin əsasən 5 növünə - "italiya", "mərakeş", "şala", "sizək" və yerli çəyirtkələrə rast gəlinir. Onların qısa müddətdə yaşıllıqları məhv etmək gücündə olduğu bildirilir.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə