Bu yolda tıxac var FOTOLAR

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, Heydər Əliyev prospekti - əsas yolda Bağırov körpüsünün yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə yolda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti köməkçi yoldan, Babək və Ziya Bünyadov prospektlərindən istifadə etmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə