DSMF dövlət qulluqçularının ən çox çalışdığı orqanlardan biridir

DSMF dövlət qulluqçularının ən çox çalışdığı orqanlardan biridir

İyunun 23-ü Azərbaycanda Dövlət qulluqçularının peşə bayramıdır. Dövlət Sosial Müdafiə Fondundan (DSMF) SİA-ya verilən xəbərə görə, Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis olunub və artıq onuncu ildir ki, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər.

Ölkəmizdə dövlət qulluqçularının ən çox çalışdığı orqanlardan biri də Dövlət Sosial Müdafiə Fondudur və onların arasında gənclər üstünlük təşkil edir. Fond dövlət qulluğu üçün kadrların müsabiqə və müsahibə əsasında seçilməsi sahəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq edir. Təkcə cari ilin may ayı ərzində vakant yerlər üzrə müsabiqənin test və müsahibə mərhələlərində uğur qazanan 68 gənc aidiyyatı vəzifələrə təyin olunub.

Fond gənc dövlət qulluqçularına dövlət idarəçilik təcrübəsinin öyrədilməsi və onların peşəkarlıq səviyyəsinin artırılması sahəsində ardıcıl işlər həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə