"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində "Qazaxstan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin vitse-prezidenti Bayırcan Urınbasarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. SİA-nın məlumatına görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
Sonra Azərbaycan Dəmir Yolunun lokomotiv parkının yenilənməsi istiqamətində gələcəkdə Qazaxıstandan manevr teplovozlarının alınması, dəmir yolu sahəsinin inkişaf etdirilməsi, tranzit yüklərin həcminin artırılması məsələləri müzakirə olunub.
Görüşdə "Qazaxstan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin vitse-prezidenti Bayırcan Urınbasarov və "Qazaxıstan İnkişaf Bankı" Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədr müavini Kanat Dosmukametov çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.
Qeyd edək ki, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB