FOTOLAR
Bakı metrosunda çaxnaşma

Bakı metrosunda xırda texniki problem sərnişinləri çaxnaşmaya salıb. Hadisə şahidlərinin dediyinə görə, metronun "28 May" stansiyasında qatarların hərəkətini göstərən tablo xarab olub. Sərnişinlər hansı istiqamətə gedəcəklərini müəyyən edə bilməyiblər. Metro işçiləri də qatarların istiqamətini sərnişinlərə vaxtında elan etmədiklərindən, platformada sıxlıq yaranıb. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev SİA-ya bildirib ki, sistemdə nasazlıq yarandığından qatarlar arasında interval itib. Hazırda həmin problem aradan qaldırılıb. Ola bilsin, metronun "28 may" stansiyasındakı problem də məhz onunla bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə