Gəncə beynəlxalq layihəyə qoşulub

Gəncə beynəlxalq layihəyə qoşulub

2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilən Gəncə bu ilin Avropa Gənclər Paytaxtı olan Rumıniyanın Kluj-napoka şəhərinin layihəsinə qoşulub. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, artıq bir neçə ildir "Kluj heç vaxt yatmır" adı altında təşkil olunan layihə ilin ən qısa gecəsində həyata keçirilir. Layihəyə əsasən "Gəncə Avropa Gənclər Paytaxtı – 2016" İctimai Birliyinin könüllüləri ilə görüş təşkil edilib. Görüş çərçivəsində Rumıniyanın Kluj-napoka şəhərində yaşayan gənclərlə "Skype" vasitəsi ilə əlaqə yaradılıb. Rumıniyalı gənclərin Kluj şəhəri və Gəncəyə dəstək məqsədi ilə hazırladıqları videoçarxlar nümayiş olunub.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə