İrandan Azərbaycana quş əti məhsulları gətirilməyəcək QADAĞA

İrandan Azərbaycana quş əti məhsulları gətirilməyəcək QADAĞA

Bu gündən İranın Mazandaran vilayətindən Azərbaycana diri quş, quş əti məhsullarının, 1 günlük cücələrin, eləcə də damazlıq yumurtanın idxalı dayandırılıb. SİA-nın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, İran ərazisində toyuqlar arasında yüsək patogenli "quş qripi"nin yayılması ilə əlaqədar Dövlət Xidməti tərəfindən sərəncam imzalanıb.

Bu sərəncama uyğun olaraq, Ümumdünya Heyvan Sağlamlıq Təşkilatının rəsmi məlumatlarına əsasən, İranın Mazandran vilayətində toyuqlar arasında yüksək patogenli "quş qripi"nin yayılması ilə Azərbaycan ərazisinə başqa dövlətdən keçə biləcək yoluxucu epizootik xəstəliklərdən mühafizə zərurəti nəzərə alınaraq, iyunun 22-dən İranın Mazandaran bölgəsindən Azərbaycana diri quş, quş əti məhsullarının, 1 günlük cücələrin, eləcə də damazlıq yumurtanın idxalı müvəqqəti dayandırılıb.

İranda quşlar arasında yüksək patogenli "quş qripi" xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi üçün müvafiq strukturlara tapşırıqlar verilib: "Aidiyyəti dövlət qurumları və iş adamları bu sərəncam barədə məlumatlandırılıb.

Qeyd edək ki, bu günə olan məlumata görə, Azərbaycanda epizootik vəziyyət sabitdir. Bu sabitliyin təmin olunması üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən lazımi addımlar atılır.

Bütün xəbərlər Facebook səhifəmizdə