Bərdə rayonunun Həsənqaya kəndi ərazisində biçilən taxıl sahəsində yanğın olub. SİA-nın bölgə müxbirinin xəbərinə görə, gecə saatlarında baş verən yanğın qısa müddətdə bir neçə hektar ərazini əhatə edib. Alovun ətrafdakı biçilməyən sahələrə və yaxınlıqdakı meşə massivinə keçmə təhlükəsi yaranıb. Taxıl sahələri yanğından mühafizə olunsa da, alov bir neçə çoxillik palıd ağacına ziyan vurub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb edilib. Yanğının daha da genişlənməsinin qarşısı alınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Şamxal Cəliloğlu



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB