Tovuzda satılan məhsullara nəzarət edimir

FOTOLAR
Tovuzda satılan məhsullara nəzarət edimir

Tovuzda kənd təsərüfatı məhsulları, ət, süd və süd məhsulları hər kəsin gözü önündə antisanitar vəziyyətdə satılır. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, yay aylarının gəlişi, havaların isti keçməsi ilə əlaqədar turistlərin dincəlmək üçün daha çox üz tutduqları ərazilər meşə sahələrində olan, sərin istirahət mərkəzləridir. Belə istirahət mərkəzlərindən biri də Tovuzun Əsrik çayı ətrafında yerləşən onlarla istirahət mərkəzləridir.

Qeyd edək ki, istirahət mərkəzinə gedən yolun kənarında, rayonun Dondar Quşçu kəndi ərazisində, dəmir yolu xəttini keçdikdə isə orada əsasən turistlər üçün təşkil edilmiş kiçik bazarda xidmət göstərir. Bəs bu bazarın vəziyyəti necədir? Yol kənarında küçə ticarəti ilə məşğul olan bəzi ticarətçilər müxtəlif meyvə-tərəvəz məhsullarını ayaq altında satmaqla, zavod çörəyi adı ilə çörək bişirən, çörək kombinatı fəaliyyət göstərir. Ən əsası isə üstü açıq anisanitar formada satılan ət məhsulları demək olar ki, burada yüzlərlə turistlərin gediş-gəlişi olan, daim turistlərin gözü önündə olan bir ərazidə antisanitar vəziyyətdə sakinlərə və turistlərimizə satılır. Ət satıcısı isə Əsrik- Qaralar ərazisində olan onlarla istirahət mərkəzlərini o qədərdə əlverişli istirahət mərkəzi omadığı ilə özünə haqq qazandırmağa çalışıb. Yaranmış vəziyyətlə bağlı rayon Gigiyena və Epidemalogiya Mərkəzinin, sanitar gigienik şöbəsinin müdiri İsmayıl Məmmədov və rayon baytarlıq idarəsinin rəisi Zülfüqar Kərimov məsələ ilə bağlı anitisanitar vəziyyətdə ticarətlə məşğul olmağı düzgün hesab etmədiklərini bildirərək, həmin ticarətçilərə qarşı tədbirlər görüləcəyini deyiblər. Bundan əlavə artıq 2 aydır ki, Tovuz şəhər Nəsimi Ticarət Mərkəzi ilə rayon Baytarlıq idarəsi arasında müqavilə ləğv edilib. Buna baxımayaraq, ticarət mərkəzində ət, süd və süd məhsullarının satışı davam edir.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə