Şirvanda 46 yaşlı kişi intihara cəhd edib

Şirvanda 46 yaşlı kişi intihara cəhd edib

Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində Şirvan şəhərinin Bayramlı qəsəbəsində yaşayan, 1969-cu il təvəllüdlü Hüseynov Ələddin Nazim oğlu özünü intihar məqsədi ilə çaya atıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətindən SİA-ya verilən məlumata görə, adı çəkilən şəxs xilasediciləri tərəfindən sudan çıxarılıb. Əməliyyat saat 21:00-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə