Qusar rayonunda kələmin məhsuldarlığı boldur. 1 ay öncə əkilən kələm ştillərini kəndlilər həvəslə işləyir. Hava nəmişli keçdiyinə görə kələmçilik təsərrüfatı yaxşı inkişaf edib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Qusar rayon mərkəzindən 16 km uzaqlığda, ucqar dağ massivində yerləşən Düztahir kəndi səfalı təbiəti və gözoxşayan mənzərələri ilə yanaşı, münbit torpağı ilə də məşhurdur. Kənd sakinləri əsasən maldarlıq və tərəvəzçiliklə məşğuldurlar. Düztahir kəndində tərəvəzçiliyin əsas hissəsini kələm və kartof təşkil edir. Kənddə 1 sot ərazidən 1 ton kələm əldə etmək mümkündür. Elə bu il də məhsuldarlıq ürəkaçan olub. Kələmin satışına gəldikdə isə qiymətlər ötən ildə də yaxşı olub. Hazırda kələmin satış qiyməti 10-13 qəpik arasında dəyişir. Ötən il isə bu rəqəm 40-45 qəpik civarında olub. Hazırda kənddə sakinlərdən 10 qəpiyə alınan kələm Qusar bazarlarında 20-25 qəpiyə, paytaxda isə 30-40 qəpiyə satılır. Fermerlərin sözlərinə görə, ötən il kələm sahələrinin hər hektarından 100 ton məhsul toplanılıb. Ümumilikdə isə tək Düztahir kəndində əkilən 135 hektar kələm sahələrində 130 min ton kələm becərilib. Düztahir kəndi ilə yanaşı, qonşu Gican kəndində də kələm ən çox əkilən tərəvəz bitkisidir. Bu kənddə də bu il 70 hektardan çox kələm əkilib.
Emin Kərimov
.jpg)
.jpg)
![]()
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB