"Bakı-2015" ilk Avropa Oyunlarında heç bir çatışmazlıqla üzləşmirik. Hər şey mükəmməldir. Bütün idman arenaları beynəlxalq standartlara tam cavab verir. Bu arenalarda idmançılar rahat məşq edir, yarışırlar. Atletlər Kəndində də hər cür şərait yaradılıb, bütün incəliklər nəzərə alınıb.
Bu fikirləri su polosu yarışlarında qızıl medal qazanmış Serbiya millisinin kapitanı Petar Velkic deyib.
Petar Velkic idmançıların rahatlığı ilə yanaşı, təhlükəsizliyinin də tam təmin edildiyini deyib, yaradılan yüksək səviyyəli şəraitin Oyunlara hərtərəfli hazırlıq işlərinin aparılmasının nəticəsi olduğunu diqqətə çatdırıb.
Serbiyalı idmançı Azərbaycanda insanların səmimi münasibətindən, könüllülərin fəaliyyətindən də çox razı qaldıqlarını vurğulayıb. O, Avropa Oyunları kimi mötəbər idman tədbirində qızıl medal qazanmaqdan qürur duyduqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB