Almaniyalı atletlər: "Avropa Oyunlarını beynəlxalq yarışların ən mötəbəri hesab edirik"

Almaniyalı atletlər: "Avropa Oyunlarını beynəlxalq yarışların ən mötəbəri hesab edirik"

Azərbaycanın ev sahibliyi etdiyi "Bakı-2015" birinci Avropa Oyunlarını indiyədək iştirak etdiyimiz beynəlxalq yarışların ən mötəbəri hesab edirik. Bu sözləri AZƏRTAC-a müsahibələrində suya sinxron tullanma üzrə qızıl medala sahib olan almaniyalı idmançılar Luiza Stavçinski və Saskia Oettinqhaus deyiblər.

Atletlər birinci Avropa Oyunlarında iştiraklarından və burada yaradılan şəraitdən məmnunluqlarını bildiriblər. Almaniyalı idmançılar, həmçinin "Bakı-2015"in onların həyatlarında ən yaddaqalan hadisə olduğunu qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə