Hər gün Azərbaycan yığmasının zəfəri ilə yadda qalır

Hər gün Azərbaycan yığmasının zəfəri ilə yadda qalır

İyunun 21-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) "Bakı-2015" birinci Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib. Tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, Azərbaycanın Olimpiya çempionu Lyudmila Şubina və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yarışların doqquzuncu gününün də atletlərimiz üçün uğurlu keçdiyini deyib. O bildirib ki, dünən Azərbaycan 33-cü medalını qazandı. Azərbaycanın kişi gimnastı Oleq Stepko yarışlarda 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazandı. "Söz yox ki, böyük bir tarixi hadisə olan ilk Avropa Oyunları, eləcə də idmançılarımızın bu Oyunlarda parlaq qələbələri hər kəsin yaddaşında qalacaq", - deyə Ç.Hüseynzadə qeyd edib.

Sonra Azərbaycana 5 medal qazandırmış Oleq Stepkoya MOK-un hədiyyələri təqdim olunub.

Xüsusi hazırlanmış şərəf lövhəsinə imza atan O.Stepko deyib: "İdman gimnastikası üzrə yarışları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın izləməsi mənə stimul verdi. Şadam ki, fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycana medallar qazandırdım".

Bütün xəbərlər Facebook səhifəmizdə