Şimal yarımkürəsində yaşayan müsəlmanlar bu gün ən uzun oruc tutacaqlar. SİA-nın məlumatına görə, 33 ilin ən uzun orucu bu gün tutulur. Türkiyənin Sinop şəhərində yaşayan müsəlmanlar 17 saat 38 dəqiqə, Hatayidə yaşayanlar isə 16 saat 39 dəqiqə oruclu qalacaqlar. Bundan başqa İslandiya, Danimarka, Norveçdə müsəlmanlar orta hesabla 20 saat, Cənub qütbünə daha yaxın olan ölkələrdə isə 8 saat aclığa və susuzluğa dözüm gətiriləcək. Dünya tarixində təxminən 22 saatla İslandiyanın Reykyavik şəhəri bu siyahıya başçılıq edir. Çində rəsmi rəqəmlərə görə 23 milyon müsəlman 17 saat, Filippin və Tayvandakılar isə 14,5 saatını oruclu keçirəcəklər.
Rusiyada yaşayan müsəlmanlar da ən uzun müddət oruc tutanlardandır. Belə ki, paytaxt Moskvada müsəlmanlar iftarı açmaq üçün 20,5 saat gözləyəcəklər.
Almaniyanın paytaxtı Berlində və İngiltərənin paytaxtı Londonda təxminən 18 saat, Fransanın paytaxtı Parisdə də təxminən 17 saat oruc tutulur. Pakistanda vətəndaşlar təxminən 16 saat oruc tutarkən, Əfqanıstanda bu müddət 17 saata yaxınlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB