Avstriyalı atlet Vanessa Sahinoviçin vəziyyəti barədə məlumat yayılıb
İyunun 11-də birinci Avropa Oyunlarının Atletlər Kəndində baş vermiş qəza nəticəsində xəsarət alan avstriyalı idmançı Vanessa Sahinoviçin vəziyyəti sabitdir və onun müalicəsi davam etdirilir.
Bu fikirləri Vyana Dunay Xəstəxanasının travmatologiya şöbəsinin rəhbəri Mehdi Musavi Avstriya teleradiosuna (ORF) müsahibəsində bildirib. Bu barədə AzərTAc xəbər yayıb.
V.Sahinoviçin bir neçə sümük sınığı diaqnozu ilə xəstəxanaya qəbul edildiyini və onun üzərində təcili cərrahiyyə əməliyyatının aparıldığını qeyd edən M.Musavi deyib ki, idmançının müalicəsi hələ bir neçə həftə xəstəxana şəraitində davam etdirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB