Samux işıqlandırılır

Samux rayonunda elektrik təsərrüfatının yenidən qurulmasına başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə əhalini fasiləsiz olaraq enerji ilə təmin etmək üçün yararsız işıq dirəkləri yenisi ilə əvəz olunur, müasir tələblərə cavab verən SİP kabellər çəkilir. Həmçinin burada müvafiq proqrama uyğun olaraq, istismar müddətini başa vuran transformatorlar da dəyişdirilir. Məhz ilkin olaraq işlərə Samux rayonunun mərkəzində yeni salınan yaşayış massivlərindən başlanılıb. Bu günədək 100-ə yaxın işıq dirəyi dəyişdirilib. Samux şəhərində işlər tam başa çatdırıldıqdan sonra ətraf kənd və qəsəbələrdə də yeni şəbəkənin qurulmasına başlanacaq.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə