İyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyunun 20-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 34-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB