Ölkədə iribuynuzlu heyvanların süni mayalanma yolu ilə çoxaldılması prosesi genişləndirilir. Bu məqsədlə bölgələrdə olan fermerlərlə vaxtaşırı maarifləndirici görüşlər keçirilir.
SİA-nın məlumatına görə Süni Mayalanma Mərkəzi, Elmi Tədqiqat Heyvandarlıq və Elmi -Tədqiqat Yemçilik İnstitutunun əməkdaşları son 2 ay ərzində ölkənin 8 rayonunda 1000-dən çox sahibkar və fermerlə maarifləndirici görüş keçirib. Əsas məqsəd fermerləri yüksək keyfiyyətli toxumlar, daha səmərəli cins heyvanların yetişdirilməsi, həmçinin yerli heyvan sortlarında cırlaşmanın qarşısının alınması üçün süni mayalanmanın əhəmiyyəti barədə məlumatlandırılmadır.
Maarifləndirmə işinin nəticəsi olaraq artıq respublika üzrə ay ərzində orta hesabla 15-20 min baş iribuynuzlu heyvan süni mayalandırılır. Bu sahənin daha geniş inkişaf etdirilməsi üçün Göygöl rayonunda ümumi ərazisi 16 hektar olan müasir tələblərə cavab verən yeni Süni Mayalanma Mərkəzi inşa edilir. Məhz yeni mərkəzdə süni mayalanma, embrion köçürmə və bio texnologiyalar fəaliyyət göstərəcək.Bununla da görülən işlər nəticəsində yaxın vaxtlarda Azərbaycanda heyvandarlığın cins tərkibi tam olaraq dəyişəcək.
Mərkəzdən bildirilib ki, yaxın vaxtlarda respublika süni mayalanma mərkəzinə yeni sort buğalar gətiriləcək.
İlham Məmmədzadə
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB