Göygölə gələn turistlərin sayı artıb FOTOLAR

Göygölə gələn turistlərin sayı artıb FOTOLAR

Bu il Göygöl rayonu ərazisinə 30 minə yaxın yerli və əcnəbi turistlərin gələcəyi proqnozlaşdırılır. Bu məqsədlə ərazidə mövcud olan iaşə və otel tipli istirahət məkanları hazırlıq vəziyyətinə gətirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə bu barədə Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsindən məlumat verilib. Bildirilib ki, birinci Avropa Oyunları ilə bağlı Azərbaycana gələn turistlər artıq Göygöl rayonu ərazisinə üz tutmağa başlayıb. Qurum Türkiyə, Almaniya, Rusiya, Gürcüstan, İran, Yaponiya, İsveçrə, Rumıniyadan gələn qonaqlar üçün bu il 7 marşrut xətti tərtib edib. Turist marşrutları Göygölün gəzməli və görməli yerləri ilə yanaşı tarixi abidələr zəngin olan məkanlardan da yan keçməyəcək. Rayon Mədəniyyət və Turizm Şöbəsi kənd turizmi ilə yanaşı əraziyə istirahət məqsədilə gələnlərin xərclərini də açıqlayıb.

Göygöl Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın sözlərinə görə, rayondakı turizm istirahət mərkəzlərində bir nəfərin oteldə qalması ortaq hesabla 70 manata başa gəlir: "Həmçinin bir nəfərin yemək xərci gündə üç dəfə olmaqla 30 manat civarındadır. Kəndlərimizdə də gəlib qalanlar çox olur. Evlər şəxsi olduğundan burada qiymətlər razılaşma yolu ilə həyata keçirilir və qiymətlərdən turistlər narazı qalmırlar ".

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə