Bu gün Azərbaycanın Milli qəhrəmanı olan Gültəkin Əsgərovanın anım günüdür. SİA-nın məlumatına görə Gültəkin Əsgərova 20 noyabr 1960-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 8 saylı təcili yardım stansiyasında başlayıb, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləyib.
Gültəkin Əsgərova 1992-ci ilin aprelindən konüllü olaraq cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi calışıb. 19 iyun 1992-ci ildə Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və iyunun 20-də dəfn olunub.
Xatırladaq ki, Milli qəhrəman Gültəkin Əsgərova ailəli idi və bir qız övladı qalıb.Onun adının əbədiləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.Oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub, Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır və gəmidə onun muzeyi yaradılıb, Bakının Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulub, bundan başqa Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası Milli qəhrəmanın adını daşıyır və kafedrada xatirə lövhəsi vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB