Şəmkirdə taxıl biçini başa çatdırılır

Bu məqsədlə yerli bələdiyyələrin tərkibində yaradılan MMC-lərin maliyyə dəstəyi ilə sahələrə kifayət qədər texnika ayrılıb.
Şəmkirdə taxıl biçini başa çatdırılır

Şəmkir rayonunda taxıl biçini davam edir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, geridə qalan 10 gün ərzində 450 hektar sahədə biçin başa çatdırılıb və orta məhsuldarlıq 30 sentnerə yaxın olub. Sahələrdən məhsulu itkisiz toplamaq üçün 30-a yaxın texnika ayrılıb. Hazırda biçin işləri rayonun ən böyük yaşayış məntəqələrindən olan Qapanlı kəndində aparılır. Ümumilikdə bu il Şəmkir rayonunda 17760 hektar sahədə dənli bitkilər əkilib. Onlardan 10738 hektarı buğda 7022 hektarı isə arpadır. Bu il Şəmkirdə yerli bələdiyyələrin nəzdində yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətlərin dəstəyi eləcə də fermerlərə dövlət tərəfindən mineral kübrələrin güzəştli şərtlərlə verilməsi məhsuldarlığa müsbət təsir göstərib. Ötən mövsüm Şəmkir rayonunda təxminən 16 min hektar sahədə dənli bitkilər əkilib. Rayon üzrə orta məhsuldarlıq isə 29,5 sentner olub.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə