Ağstafada əmək yarmarkası keçirilib

Ağstafada əmək yarmarkası keçirilib

Bu gün Ağstafada əmək yarmarkası keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin və rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunun yarmarkada 39 müəssisə və təşkilatdan 247 boş iş yeri təqdim olunub. Daha çox gənclərin qatıldığı əmək yarmarkasında təhsil, tibb, komputer və digər sahələrə işçi tələbatı daha çox olub. Yarmarkaya gələnlər arasında özünə iş tapan da olub, təklif edilən müəssələrin əmək haqqları ilə razılaşmayan da.

Qeyd edək ki, təklif olunan iş yerlərində əmək haqqları 105 manatdan 300 manatadək göstərilib.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə