Karvansarada işlər yekunlaşmaq üzrədir FOTOLAR

Karvansarada işlər yekunlaşmaq üzrədir FOTOLAR

XVI əsrin sonu XVII əsrin əvvəllərində Şah Abbasın göstərişi ilə memar Şeyx Bahəddinin layihəsi əsasında inşa edilən qədim tikili uzun müddət baxımsızlıqdan əziyyət çəkib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, ümumi sahəsi 450 kvadratmetr olan və 110 otaqdan ibarət karvansarada podratçı şirkət tərəfindən son tamamlanma işləri aparılır. Tikilinin pəncərə və qapıları quraşdırılır. Daha sonra otaqların əsaslı təmir olunması prosesinə start veriləcək. Görünüşü və əzəməti, eləcə də inşaatında texniki göstəriciləri ilə orta əsr Azərbaycan abidələri sırasında nadir tikililərdən sayılan Karvansara mütəxəssislərin marağına da səbəb olub. Ərazidə aparılan bərpa işləri zamanı tikilidə XVII əsrin inşaat göstəricilərinə xas olmayan predmetlər tapılıb. Karvansaranın otaqlarının işıqlandırılması, havalandırılması, çirkab suların axıdılması kimi xətlərlə yanaşı, kömürlə işləyən qazanxana da tapılıb. Bu da qədim abidənin o dövr üçün müasirliyindən xəbər verir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə