Finlandiyalı rejissor ölkəmizdən yazdı
Finlandiyalı rejissor-yazar Ville Haaspasalo "Qafqaza yay səfəri" layihəsi çərçivəsində Azərbaycana gəlib. bu barədə "texxas.de" saytı məlumat yayıb. Məlumatda bildirilir: "Ville Haaspasalo Qafqazın ən zəngin ölkəsi olan Azərbaycana gəlib. Onun səfəri paytaxt Bakıdan başlayır".
Sayt finlandiyalı yazarın fikirlərinə də yer verib: "Azərbaycanın inkişafı göz qabağındadır. Dənizdə böyük neft və qaz yataqları Azərbaycanın gələcək inkişafı üçün əhəmiyyətli investisiya yatırılmasına imkan verir".
Sayt Haaspasalonun Azərbaycan mətbəxinin təamlarının çox dadlı olduğunu xüsusi qeyd edir. Finlandiyalı rejissor Bakının qədim yerlərinə də baş çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB