Dəmirəlin vəfatı ilə əlaqədar xatirə kitabı açılıb

Dəmirəlin vəfatı ilə əlaqədar xatirə kitabı açılıb

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb. Bu barədə SİA-ya Səfirlikdən məlumat verilib. Məlumata görə, xatirə kitabı bu gün saat 10:10-da açılıb.

Xatırladaq ki, ötən gün Türkiyənin sabiq prezidenti S. Dəmirəl 91 yaşında ürək çatışmamazlığından vəfat edib. Türkiyədə 3 günlük milli matəm elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə