Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir. İyunun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tovuz rayonunda Qazax, Tovuz, Ağstafa rayon sakinlərini qəbul edəcək.
Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbul Tovuz rayonu Olimpiya İdman Kompleksində ( ünvan: Tovuz şəhəri, H.Əliyev prospekti 1.) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB