Zaqatalanın 5 kəndinə qaz verildi

Zaqatalanın 5 kəndinə qaz verildi

İyunun 17-də Zaqatala rayonunun Höytala, Paşan, Maqov, Vöhtala və Yolayrıc kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, tədbirlərdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 1184 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 61755 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1184 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiribər.

Bütün xəbərlər Facebook səhifəmizdə