Rusiya telekanalı Azərbaycan haqqında sənədli film yayımlayıb

Rusiya telekanalı Azərbaycan haqqında sənədli film yayımlayıb

Rusiya telekanalı RTG Azərbaycan haqqında sənədli film yayımlayıb. Filmin müəllifi Azərbaycanın bir çox şəhər və kəndlərini gəzib. Qobustan, Şamaxı, Şəki, Mərdəkan, Qala kimi qədim tarixə malik yaşayış məntəqələrində olub. Verilişdə ölkəmizin tarixi keçmişi haqqında məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanda Şərq və Qərb ənənələri sintezinə rast gəlmək mümkündür. Həmçinin gözəl təbiət, əzəmətli dağlar və geniş düzənlik bir arada həmahənglik təşkil edir. Müəllif Lahıc ustaları haqqında, Yanardağın unikallığı, Qobustanın qədimliyi və Naftalanın müalicəvi əhəmiyyəti barədə ətraflı məlumat verib. Verilişdə Azərbaycanın sanki səyahət üçün yaradıldığı xüsusi qeyd edilir.

Milyana Həşimova

Bütün xəbərlər Facebook səhifəmizdə