Lənkəranda Tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoyublar.
"Şah sarayı"nda keçirilən tədbirdə MRX-nın baş həkimi Ağabala Kəlbiyev həmkarlarını peşə bayramı münasibətilə təbrik edib, Ulu Öndər Heydər Əliyevin səhiyyəmizin inkişafı ilə bağlı tarixi xidmətlərindən danışıb, hazırda bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açıb.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov əvvəlcə tədbir iştirakçılarını I Avropa Oyunlarının başlanması və Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Peşə bayramı münasibətilə bütün səhiyyə işçilərini təbrik edən İcra başçısı bildirib ki, həkimlər cəmiyyətimizin ən hörmətli və fədakar üzvləridir. Ağ xalatlı tibb işçiləri sağlamlığımızın keşiyində həmişə ayıq-sayıq durmuş, şərəfli peşə sahibləri kimi böyük nüfuz qazanıblar. Sonra səhiyyə sahəsində göstərdikləri səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisinə Lənkəran ŞİH-nin və MRX-nın Fəxri fərmanları və hədiyyələri təqdim edilib.
Bayram tədbirində Mamusta kənd sahə xəstəxanasının baş həkimi Şakir Qasımov, "Tərəqqi" medallı tibb işçisi Məmmədrahim Fərzullayev, MRX-nın həmkarlar təşkilatının sədri Həsənağa Cəbiyev və başqaları çıxış edərək ürək sözlərini və təbriklərini söyləyiblər. Ziyafət stolu arxasında keçən və yerli müğənnilərin konsert proqramı ilə müşayiət olunan bayram tədbiri hamıya xoş ovqat bəxş edib.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB