Türkiyə dövlətinin 9- cu prezidenti Süleyman Dəmirəl qəflətən dünyasını dəyişib. SİA-nın Türkiyə mətbuatına əsasən verdiyi xəbərə görə, Dəmirəl gecə saat 02:05 radələrində Ankara Güvən Xəstəxanasında vəfat edib. Həkimlər ölüm səbəbini belə açıqlayıb: "Son günlər tənəffüs və ürək funksiyalarının kəskin pozulmasından əziyyət çəkirdi. Biz əlimizdən gələn köməyi əsirgəmədik, lakin həyatda saxlaya bilmədik".
Azərbaycanın yaxın dostu olan Süleyman Dəmirələ Allahdan rəhmət diləyirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB