Bakının gündüzləri qədər gecələri də gözəldir. Elə Avropa Oyunları ilə bağlı ölkəmizə gələn turistlər də gecə gəzintisinə üstünlük verirlər. Əməkdaşlarımız onların Bakı təəssüratlarını öyrəniblər.
Artıq 5 gün oldu ki, Avropa Oyunları start götürüb. Paytaxta gələn əcnəbi turistlər və idmançılar gündüzlər yarışlarda iştirak etdikləri üçün Bakı ilə gecə tanış olurlar. Gecə paytaxtın hansı mərkəzi küçə və prospektinə gedirsən əcnəbi ilə rastlaşırsan.
Paytaxtda gecə gəzintisinə çıxan turistlərinin əksəriyyəti İngiltərə, Almaniya, Hollandiya, İspaniya, Ukrayna, Qazaxıstan və Türkiyəlidir. Turistlər paytaxtda əsasən Dənizkənarı Milli Park, Nizami küçəsi, İçəri şəhər və Qız qalasında vaxt keçirirlər.
Dostları və ailələri ilə gəzən turistlər onlara maraqlı gələn yerlərdə şəkil çəkdirirlər. Hətta bəziləri özlərinə Azərbaycanda dost da tapıblar. Elə Türkiyədən gələn turistlər də onlara Bakıda göstərilən diqqət və qayğıdan çox məmnun olduqlarını dedilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB