Bakının görməli yerləri “The Telegraph”da

Bakının görməli yerləri “The Telegraph”da
"The Telegraph" qəzetinin internet saytında Azərbaycanda turistlər üçün cəlbedici olan ən maraqlı məkanların şəkilləri yerləşdirilib. Şəkillər fotoqraf Sofiya İbbotsona məxsusdur. Şəkilləri məkanlar haqqında qısa məlumatlar müşayiət edir. Sıralamaya paytaxtın ən görkəmləri tikililəri və
istirahət məkanları daxildir.

1. 1960-cı ildən bakılılar ən çox üz tutduğu istirahət yerlərindən olan məşhur "Kiçik Venesiya" şəhərciyi Bakı bulvarında yerləşir. Burada siz qondolla gəzə və ətrafın gözəl mənzərəsini seyr edə bilərsiniz.

2. Rixard Zorgenin abidəsini ucaldığı və adının daşıdığı parkda şəhərin maraqlı istirahət yerlərindəndir. Sayt Rixard Zorgeni bütün dövrlərin ən böyük kəşfiyyatçılarından biri olduğunu yazır.

3. "The Telegraph" yazır ki, qol güləşi hələ ki, I Avropa Oyunlarının rəsmi cədvəlinə daxil edilməyib. Bu idman növü ilə məşğul olan idmançılar Qol Güləşi Federasiyasını da ziyarət etməlidirlər.

4. Naftalan haqqında da məlumatın verildiyi xəbərdə bildirilir ki, azərbaycanlılar hələ bizim eramızdan 6 əsr əvvəl neft vannaları qəbul edirdilər. Onların həm də iddia edirlər ki, bu cür müalicə bütün dəri xəstəliklərini müalicə edir.

5. Miniatür Kitab Muzeyində dünya klassik miniatür kitablarının ən böyük kolleksiyası təqdim olunur.

6. Azərbaycan palçıq vulkanların diyarıdır. Digər ölkələrdən fərqli olaraq ən çox palçıq vulkanı burada yerləşir. Onlardan əksəriyyəti "Ginessin Rekordlar Kitabı"na düşüb.

7. Dəniz sahilində yerləşən Azərbaycan Xalçası Muzeyinin yeni binası 2014-cü ildən fəaliyyətə başlayıb və üzəri naxışlarla bəzədilən xalça formasındadır. Muzeyin içi xalça eksponatları ilə doludur. Burada həmçinin xalçanın toxunmasını da görə bilərsiniz.

8. "Alov qüllələri" kompleksi artıq Bakının simasına çevrilib və sakinlərə gözəl, qeyri-adi mənzərə bəxş edir.

9. Şirvanşahlar sarayına məxsus bu köhnə hamam YUNESKO-nun qədim irs siyahısına daxil edilib.

10. "Atəşgah" məbədi təbii alovun yerdən çıxdığı unikal yerdir. Bu müqəddəs alova azərbaycanlılar qədim zamanlarda ibadət edirdilər.

Milyana Həşimova

Bütün xəbərlər Facebook səhifəmizdə